+994 51 555 55 77B.e.–Şənbə, 10:00–19:00
Garant Auto › Amerikadan avtomobil gətirmək: sual-cavab

Amerikadan avtomobil gətirmək: sual-cavab

Ən çox soruşulan suallar və qısa cavablar. Sualınızın cavabını tapmasanız, WhatsApp-da yazın və ya zəng edin: +994 51 555 55 77.

Amerikadan avtomobil gətirmək sərfəlidirmi?

Çox vaxt bəli. ABŞ hərraclarında sığorta, bank və kirayə şirkətlərinin avtomobilləri yerli bazardakından ucuz satılır. Saytımızda hər avtomobilin Bakıya qədər tam qiymətini (gömrük daxil) görüb müqayisə edə bilərsiniz.

Avtomobil Bakıya nə qədər vaxta çatır?

New Jersey NJ, Savannah GA, Houston TX və Toronto ON limanlarından Potiyə adətən 60–90 gün, Los Angeles CA və Vancouver BC limanlarından 120–150 gün çəkir. Sonra avtomobil Potidən Bakıya çatdırılır.

Hansı hərraclardan alırsınız?

Copart, IAAI, Manheim, ADESA, OPENLANE, ACV, CarMax, AutoNation, America’s Auto Auction və digər ABŞ hərraclarından. ABŞ-da rəsmi diler lisenziyamız var, təklifi hərracda birbaşa biz veririk.

Gömrük rüsumu necə hesablanır?

Avtomobilin dəyəri, mühərrik həcmi, yanacaq növü və istehsal tarixi əsasında Dövlət Gömrük Komitəsinin kalkulyatoru ilə. Saytda hər avtomobil üçün avtomatik hesablanır; 300 AZN terminal və 25 AZN bəyannamə haqqı daxildir.

10 ildən köhnə avtomobil gətirmək olarmı?

Xeyr. İstehsal müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycanda rəsmiləşdirilməsi qadağandır.

Avtomobil yolda sığortalanırmı?

Bəli. Avtomobil hərracdan götürüldüyü andan Bakıya çatdırılana qədər sığortalanır. Hərrac meydançasının daxilində baş verən zədələr sığortaya daxil deyil.

Müqavilə necə bağlanır?

Vasitəçilik müqaviləsini saytda onlayn oxuyub SİMA elektron imzası ilə imzalayırsınız. İmzalanmış müqavilə Kabinetinizdə saxlanılır.

Avtomobilin vəziyyətini haradan bilə bilərəm?

Hər lotun səhifəsində hərracın şəkilləri, zədə növü, yürüş, "İşə salınıb və hərəkət edib" kimi vəziyyət nişanları var. İstəsəniz mütəxəssisimizin rəyini və təxmini təmir xərcini də sifariş edə bilərsiniz.

Carfax hesabatını necə əldə edə bilərəm?

Avtomobilin səhifəsində "Carfax əldə et" düyməsi VIN kodu ilə vinyoxla.az saytını açır.

Sifarişimi necə izləyə bilərəm?

Kabinetinizdə "Sifarişlərim" bölməsində avtomobilin mərhələlərini, hərrac, ABŞ anbarı və çatdırılma şəkillərini, hesab-fakturaları görürsünüz.

Avtomobilinizi seçin

Bütün aktiv lotlar və Bakıya qədər tam qiymət.

Avtomobillərə bax