+994 51 555 55 77B.e.–Şənbə, 10:00–19:00
Garant Auto › ABŞ və Kanadadan Bakıya avtomobil çatdırılması

ABŞ və Kanadadan Bakıya avtomobil çatdırılması

Avtomobili hərrac meydançasından götürür, ABŞ və ya Kanada limanına aparır, konteynerdə Gürcüstanın Poti limanına göndəririk. Potidən avtomobil Bakıya çatdırılır.

ABŞ daxilində daşınma

Uduşdan sonra avtomobili hərrac meydançasından evakuatorla götürür, ən yaxın ixrac limanının anbarına aparırıq. Bu daşınmanın qiyməti avtomobilin olduğu meydançaya görə hər avtomobilin səhifəsində göstərilir; SUV və iriqabaritli avtomobillər üçün qiymət fərqlidir.

Konteynerə yüklənmə və Potiyə göndərilmə

Limanın anbarında avtomobil konteynerə yüklənir və dəniz yolu ilə Gürcüstanın Poti limanına göndərilir. İstəyə görə "Premium paketləmə" ilə avtomobil konteynerdə əlavə qorunur.

Limanlar və Potiyə qədər müddət

LimanPotiyə təxmini müddət
New Jersey NJ60–90 gün
Savannah GA60–90 gün
Houston TX60–90 gün
Toronto ON (Kanada)60–90 gün
Los Angeles CA120–150 gün
Vancouver BC (Kanada)120–150 gün

Avtomobilin hansı limana gedəcəyi onun olduğu hərrac meydançasından asılıdır. Saytda hər avtomobilin səhifəsində marşrut göstərilir, məsələn "Reno, NV → Houston".

Gecikmə ola bilərmi?

Bəzən olur. Hava şəraiti, limanlarda sıxlıq, daşıyıcı xəttin qrafiki və ya satıcının sənədləri gec təqdim etməsi müddəti uzada bilər. Hər mərhələni "Sifarişlərim" bölməsində şəkillərlə izləyə bilərsiniz.

Sığorta

Avtomobil hərracdan götürüldüyü andan Bakıya çatdırılana qədər sığortalanır. Sığorta haqqı: avtomobil $5 000-dan ucuzdursa $50, $5 000–10 000 arası $100, $10 000-dan bahadırsa qiymətin 1%-i. Hərrac meydançasının daxilində baş verən zədələr hərracın məsuliyyətindədir və sığortaya daxil deyil.

Potidə boşaltma və avtovozla Bakıya çatdırılma

Poti limanında konteyner terminalda boşaldılır, avtomobil avtovoza yüklənib Bakıya gətirilir. Qiymət: sedan $500, SUV $520. İriqabaritli avtomobillər üçün ikiqat yükləmə lazım olduqda $600. İstəyə görə avtomobili konteynerdə əlavə qorumaq üçün "Premium paketləmə" ($199) seçmək olar.

Təhvil zamanı zədə aşkar etsəniz

Avtomobilin çatdırılma şəkilləri yükləndikdən sonra 2 gün ərzində "Sifarişlərim" bölməsindən zədə bildirişi göndərə bilərsiniz.

Hansı avtomobil nə vaxt çatar?

Avtomobili seçin, marşrutu və bütün xərcləri səhifəsində görün.

Avtomobillərə bax